TENDER

26 Dekabr

25 milyon manatlıq tenderlərin - QALİBLƏRİ AÇIQLANDI

Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan binalar tikiləcək.

Fins.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tikiləcək binalarla bağlı elan etdiyi tenderlərin nəticələrini açıqlayıb. Tenderlərin ümumi məbləği 24 milyon 732 min 585 manatdır.

  • “Konsept Holding” MMC ilə 9 mərtəbəli 45 mənzilli 7 №-li yeni yaşayış binasının tikintisi üçün 3 milyon 104 min 256 manat;
  • T.T.Ş-İnşaat” MMC ilə 9 mərtəbəli 45 mənzilli 6 №-li və 54 mənzilli 20 №-li binaların tikintisi üçün 6 milyon 247 min 54 manat;
  • “Müasir Tikintilər” MMC ilə 9 mərtəbəli 45 mənzilli 4 və 5 №-li yeni yaşayış binalarının tikintisi üçün 6 milyon 156 min 903 manat;
  • “Rabitəinşaat” ASC ilə 9 mərtəbəli 45 mənzilli 2 və 3 №-li yeni yaşayış binalarının tikintisi üçün 6 milyon 133 min 830 manat;
  • “Cavid-2016” MMC ilə 9 mərtəbəli 45 mənzilli 1 №-li yeni yaşayış binasının tikintisi üçün 3 milyon 90 min 542 manat məbləğində müqavilə bağlanıb.