TENDER

26 Dekabr

Azərbaycanın İT-şirkəti təxminən 1 milyon manatlıq tenderi uddu

Kənd Təsərrüfatı Nazirliyi videokonfrans monitorinq mərkəzi yaradır. Bu məqsədlə elan edilmiş tenderin qalibinin adı açıqlanıb: “Sinam” MMC.

Fins.az Marja-ya istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi “Sinam” MMC ilə müqavilə imzalayıb. Məbləği 993 min 627 manat olan müqavilə Videokonfrans və monitorinq mərkəzinin yaradılması üçün avadanlıqların satınalınmasını nəzərdə tutur.

1994-cü ildə təsis edilmiş “Sinam” MMC Cənubi Qafqaz və Mərzkəzi Asiya regionunda geniş miqyaslı İT-xidmətləri və məhsulları təklif edən aparıcı İT-şirkətidir.