BAZAR

01 May

“Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsi yekunlaşıb - FOTO

Gənc Mühasiblər İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsi yekunlaşdı.

Fins.az xəbər verir ki, layihənin əsas məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir. Bu məqsədlə Şəki şəhəri və Qəbələ rayonunda mühasibatlıq və karyera ilə bağlı təlimlər keçirildi.

Layihənin sonunda, 27 aprel 2023-cü il tarixində Bakı Konqres Mərkəzində Milli Mühasiblər Forumu "Mühasiblik peşəsinin müasir dövrdəki vəziyyəti və gələcəkdəki perspektivləri" mövzusunda II Panel görüşü keçirildi. Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıldı. Forumun açılış mərasimində  Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva, Gənclər Fondunun icraçı direktorun müavini Qədir Xəlilov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Maliyyə Nazirliyi, Aparatın Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov çıxış etdilər.  Daha sonra Dövlət İmtahan Mərkəzinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin böyük mütəxəssisi Pərvin Əhmədova DİM-in fəaliyyəti, mühasiblərin peşəkarlaşmasına dəstəyi ilə bağlı  iştirakçıları məlumatlandırdı.

Forumda ümumilikdə 100 nəfərdən çox şəxs iştirak etdi və 3 paneldən ibarət oldu: 1) Mühasiblik        peşəsinin təhsildəki mövcud vəziyyəti 2) Mühasiblik peşəsinin müasir dövrdəki vəziyyəti və gələcəkdəki perspektivləri 3) Mühasiblərin karyera və iş imkanları, mövcud çətinliklər və həll yolları. İlk panel Bakı Mühəndislik Universitetinin Maliyyə və mühasibat kafedrasının müdiri Firudin Sultanovun moderatorluğu ilə başladı. Birinci paneldə hazırda mühasib peşəsinin təhsildəki vəziyyəti ilə bağlı spikerlər DİM, Yoxlama ölçmə materiallarının işlənməsi departamentinin böyük mütəxəssisi Emil Əliyev, AƏSMA, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri Nurəngiz Mikayılova, Azərbaycan Dövlət Aqrar Universitetinin Mühasibat Uçotu və Audit kafedrasının baş müəllimi İsa Şəfiyev, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Mühasibat uçotu ixtisas fənn müəllimi Rəhman Xasməmmədov çıxışları ilə forum iştirakçılarının marağını cəlb etdilər

İkinci panel Bakı Mühəndislik Universitetinin dosenti Elsevər İbadovun moderatorluğu ilə başladı. Paneldə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin vergi qanunvericiliyinin tədris şöbəsinin rəisi Rəşad Əhmədov, Maliyyə-Elm Tədris Mərkəzinin İmtahanların təşkili və keyfiyyət təminatı şöbəsinin müdiri Gülşən Orucova , SİNAM şirkətinin maliyyə analitiki Misir Babayev, Avrora MMC-nin maliyyə meneceri Simnar Paşazadə müasir dövrdə mühasiblik peşəsinin vəziyyəti və gələcəkdəki perspektivləri ilə bağlı vacib məqamlara toxundular.

Forumun üçüncü və son panelində isə mühasiblərin karyera və iş imkanları, bununla bağlı yaranan çətinliklər və onların həlli yolları barədə müzakirə edildi. Panel Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayevin rəhbərliyi ilə başladı. Dövlət Məşğulluq Agentliyinin peşə Hazırlığı Departamentinin müdiri Mehriban Rəsulova, Azərbaycan HR İnstitutunun İnsan Resursları strategiyası və innovasiyalar şöbəsinin müdiri Arzu Məmmədova, FCHAİN şirkətinin Baş direktorun müavini Valid Hüseynov, Business Plus” MMC, İR mütəxəssisi Əzizə Abdullayeva panel mövzusu istiqamətində çıxış etdilər. Hər 3 paneldə iştirakçılar öz panel spikerlərinə öz suallarını ünvanlayaraq onları maraqlandıran məsələlərə aydınlıq gətirdilər.