BAZAR

27 Aprel

Bakı Fond Birjası Karyera Sərgisində iştirak edir

Aprelin 10-dan etibarən ADA Universitetində Karyera Hazırlığı Həftəsi fəaliyyətə başlayıb.

Fins.az xəbər verir ki, universitetin Karyera Xidmətlərinin təşəbbüsü ilə keçirilən Karyera Hazırlığı Həftəsinin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etməkdən ibarətdir.

​27 aprel 2023-cü il tarixində Bakı Fond Birjası ADA universitetində təşkil olunmuş karyera sərgisində iştirak edərək BFB-də karyera imkanları və təcrübə proqramları haqqında ətraflı məlumat verilib.

​Qeyd edək ki, Bakı Fond Birjası hər il bu kimi tədbirlərdə iştirak edir.