Finss.az - Azərbaycanda peşə və kvalifikasiya standartlarının sayı 1800-ə çatdırılacaq.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) ikinci günündə çıxışı zamanı bildirib ki, gələn ilin sonuna peşə və kvalifikasiya standartlarının sayı 1800-ə çatdırılması nəzərdə tutulur.
Nazir vurğulayıb ki, son illər əmək bazarında məşğulluq tədbirləri genişləndirilib:
- Ötən il 407 min şəxs məşğulluq tədbirlərinə cəlb olunub;
- 160 min nəfər işlə təmin edilib, 17 min nəfər özünüməşğulluq proqramına, 16 min nəfər peşə hazırlığına, 204 min nəfər isə peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib;
- 10 min nəfər işsizlikdən sığorta ödənişi ilə təmin olunub.
Hazırda 1400-ə yaxın peşə və kvalifikasiya standartı hazırlanıb, və bu göstəricinin növbəti ilin sonuna 1800-ə yüksəldilməsi planlaşdırılır.