SOSİUM

04 Sentyabr

Şagirdlər gələcəkdə büdcələrini idarə etməyi erkən yaşda öyrənməlidir - Cahid İmanlı

Məktəb yuxarı sinif şagirdlərinin maliyyə savadlılığının artırılması həm ailələr, həm də təhsil müəssisələri üçün aktual məsələdir.

Təhsil eksperti Cahid İmanlı Finss.az-a açıqlamasında bildirib ki, şagirdlərin maliyyə bilikləri ibtidai siniflərdən başlayaraq formalaşdırıla bilər.

“Məktəb şagirdləri üçün ibtidai siniflərdən başlayaraq Həyat bilgisi dərslərində müəyyən davranış formaları haqqında məlumat verilir. Bunlardan biri də ailə büdcəsinin idarə olunmasıdır. Zərurət yaranarsa, dövlət və ya qeyri-dövlət təşkilatlarının təşəbbüsü ilə məktəblərdə müxtəlif oyun-seminarlar təşkil edərək şagirdlərin maliyyə savadlılığını artırmaq mümkündür,” – deyə C. İmanlı qeyd edib.

Ekspertin sözlərinə görə, oyun və seminar formatı şagirdlərə maliyyə biliklərini əyləncəli və praktik şəkildə mənimsəmək imkanı yaradır. Bu yanaşma erkən yaşlarda məsuliyyət hissini gücləndirir və uşaqların gələcəkdə şəxsi büdcələrini idarə etmək bacarıqlarını inkişaf etdirir.

Fuad Mədətov
Finss.az