SOSİUM

27 Avqust

Bakıda istifadəyə verilən yaşayış evlərinin sahəsi 596 min kvadratmetr olub - SİYAHI

Bu ilin yanvar-iyun ayları ərzində Bakı şəhərində istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 596 327 kvadratmetr təşkil edib.

Finss.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni ayları ilə müqayisədə 91,5% çoxdur.

Bakının rayonları üzrə göstəricilər:

  • Binəqədi rayonu68 886 kv.metr (5,3 dəfə çox);
  • Xətai rayonu86 817 kv.metr (10,2 dəfə çox);
  • Xəzər rayonu143 445 kv.metr (57,9% çox);
  • Qaradağ rayonu18 113 kv.metr (35,5% çox);
  • Nərimanov rayonu24 008 kv.metr (61,3% çox);
  • Nəsimi rayonu836 kv.metr (28,6% çox);
  • Nizami rayonu17 503 kv.metr (10,1 dəfə çox);
  • Pirallahı rayonu3 150 kv.metr;
  • Sabunçu rayonu127 480 kv.metr (2,7 dəfə çox);
  • Səbail rayonu28 299 kv.metr (42,9% az);
  • Suraxanı rayonu72 309 kv.metr (2,8% çox);
  • Yasamal rayonu5 476 kv.metr (4,8 dəfə çox).

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 4,074 milyard manat yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,9% azdır.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2,510 milyard manatı (61,6%) tikinti-quraşdırma işlərinə sərf olunub.

2025-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin:

  • 86,6%-i inşa, yenidənqurma və bərpa,
  • 6,6%-i əsaslı təmir,
  • 3,5%-i cari təmir,
  • 3,3%-i sair işlər təşkil edib.

Ümumi inşaat işlərinin 91,4%-i qeyri-dövlət tikinti müəssisələri tərəfindən həyata keçirilib.

Fuad Mədətov
Finss.az