Avqustun 1-nə ölkədə qeydiyyatda olan işsizlərin sayı 231,3 min nəfərə çatıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci il avqustun 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında 231,3 min nəfər işsiz kimi qeydiyyata alınıb. Onların 49,7%-ni qadınlar təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 437,1 manat olub.
Fuad Mədətov
Finss.az
Əlavə bax: Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi – Avtomobil satınalma müsabiqəsi