SOSİUM

13 Avqust

Sabah Bakıda əsasən yağmursuz, bölgələrdə yağış və dolu ehtimalı

Finss.az - Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, 14 avqust 2025-ci ildə Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə +22…+25°C, gündüz +29…+33°C olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 65–75%, gündüz 40–45% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış və şimşək çaxacağı ehtimal olunur. Ayrı-ayrı ərazilərdə leysan xarakterli intensiv yağış və dolu müşahidə oluna bilər. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə +20…+24°C, gündüz +30…+35°C, dağlıq ərazilərdə isə gecə +12…+17°C, gündüz +18…+23°C təşkil edəcək.

Əlavə bax: İranın Azərbaycandan idxalı 4 ayda 48,3% azalıb