SOSİUM

11 Avqust

Bakı, Sumqayıt və Abşeron üzrə avqust pensiyaları 12-də ödəniləcək

Finss.az - Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə avqust ayının pensiyaları 12 avqust 2025-ci il tarixində ödəniləcək.

Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərin pensiyaları isə planlaşdırıldığı kimi qrafikə uyğun ödənilməyə davam edəcək.