Finss.az - 8 avqust 2025-ci il tarixinə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq.
Gündüz saatlarında temperatur 34-38 dərəcə arasında dəyişəcək. Gecə isə 24-28 dərəcə isti müşahidə olunacaq. Gün ərzində şimal-şərq küləyi əsəcək, axşam isə onu mülayim şimal-qərb küləyi əvəz edəcək. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək ki, bu da normadan aşağıdır. Nisbi rütubət gecə saatlarında 70-80 %, gündüz isə 40-45 % civarında olacaq.
Azərbaycanın digər rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış, şimşək, hətta dolu düşməsi ehtimalı var. Gecə və səhər saatlarında arabir duman müşahidə edilə bilər. Küləklər əsasən mülayim şərq istiqamətində olacaq.
Rayonlarda gecə temperaturu 22-27, gündüz isə 35-40, bəzi yerlərdə isə 41 dərəcəyədək yüksələcək. Dağlıq ərazilərdə gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı proqnozlaşdırılır.