2024–2025-ci tədris ilində regionlarda 68 mindən çox, alternativ təlim modelləri vasitəsilə isə 18 mindən çox uşaq məktəbəqədər təhsilə cəlb edilib.
Finss.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hazırda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1–5 yaşlılara nisbəti 38% təşkil edir. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na əsasən bu göstəricinin 50 faizə çatdırılması hədəflənir.
Qeyd olunub ki, regionlarda məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması məqsədilə yeni uşaq bağçaları istifadəyə verilir, mövcud müəssisələrdə təmir və yenidənqurma işləri aparılır. Məktəbəqədər təhsil müəssisəsi olmayan ərazilərdə isə alternativ təlim modellərindən istifadə olunur.
Bildirilib ki, Şirvan və Biləsuvarda iki özəl məktəbəqədər təhsil müəssisəsi dövlət-özəl tərəfdaşlığı çərçivəsində qrant proqramına qoşulub və bu layihə 170 uşağı əhatə edib.