Finss.az - Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində, Albalılıq ərazisində yeni avtobus parkının tikintisi planlaşdırılır.
Valyuta.az xəbər verir ki, "BakuBus" MMC-nin məlumatına görə, layihənin həyata keçirilməsi üçün 12,9 milyon manat vəsait ayrılıb. Yeni avtobus parkı şəhərin nəqliyyat infrastrukturunun inkişafına töhfə verməsi nəzərdə tutulur.
Tikinti işlərinin yaxın zamanda başlaması gözlənilir və parkın istifadəyə verilməsi ilə Buzovna qəsəbəsində nəqliyyat xidmətlərinin keyfiyyəti artırılacaq.