SOSİUM

11 İyul

Yevlax şəhərində yeraltı piyada keçidinin inşası davam edir

Finss.az - Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin tikintisi davam etdirilir.

Keçidin eni 5 metr, hündürlüyü isə 3,2 metrdir. Ümumi uzunluğu 47 metr olan keçidin 37 metrlik hissəsi qapalı şəkildə layihələndirilib.

Sözügedən keçidin inşası, vətəndaşların avtomobil yolunu daha rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək. Tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun olaraq, əvvəlcədən tərtib edilmiş iş qrafikinə əsasən həyata keçirilir.

İşlərin vaxtında və keyfiyyətlə tamamlanması məqsədilə əraziyə zəruri sayda texnika və canlı qüvvə cəlb olunub.

YOLUNUZ AÇIQ OLSUN...