Finss.az - İngilis dili, alman dili, riyaziyyat və kimya fənləri üzrə keçirilmiş imtahanların nəticələri ilə bağlı apellyasiya mərhələsinə başlanılıb.
Bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Məlumata görə, imtahanda iştirak etmiş namizədlər şəxsi kabinetlərinə daxil olaraq aktiv edilmiş bölmə vasitəsilə 48 saat ərzində (2 gün) apellyasiya müraciəti təqdim edə bilərlər.
Müraciət edənlər qeyd olunan bölmədə irad və təkliflərini ətraflı şəkildə yazmalıdırlar. Apellyasiya ərizələri müvafiq komissiya tərəfindən araşdırıldıqdan sonra nəticə namizədin şəxsi səhifəsinə göndəriləcək.