SOSİUM

30 İyun

Son 5 ildə 283 gənc evlə təmin edilib

Finss.az - Son 5 ildə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 283 nəfər gənc mənzillə təmin olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin 5 illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Vüqar Behbudov məlumat verib.

Sədrin sözlərinə görə, bu dövrdə yaşı 65-i keçmiş şəxslərə də xüsusi diqqət yetirilib: “Evdə sosial xidmət proqramı çərçivəsində 3 580 nəfərə səyyar şəkildə dəstək göstərilib. Onların arasında 100 yaşını tamamlayan vətəndaşlar da var”.