SOSİUM

30 İyun

Azərbaycanda sosial müavinətlər artırılıb – Yeni məbləğlər açıqlandı

Finss.az - Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, 2024-cü il iyulun 1-dən etibarən Azərbaycanda sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğləri artırılıb.

Müavinətlərin yeni məbləğləri aşağıdakı kimi müəyyən edilib:

Əlilliyə görə müavinətlər:

  • 81–100% funksional pozuntuya görə – 300 manat

  • 61–80% funksional pozuntuya görə – 250 manat

  • 31–60% funksional pozuntuya görə – 180 manat

Digər sosial müavinətlər:

  • Ailə başçısını itirməyə görə – 140 manat

  • Müddətli hərbi qulluqçuların uşaqlarına – 140 manat

  • Valideynsiz və himayəsiz uşaqların qəyyumlarına – 140 manat

  • Aztəminatlı ailələrin bir yaşınadək uşaqlarına – 140 manat (hər uşaq üçün)

  • Beş və daha çox uşağı olan qadınlara – 140 manat (hər uşaq üçün)

  • Övladlığa götürülən uşağa – 240 manat

Himayədar ailədəki əlilliyi müəyyən edilmiş uşaqların tərbiyəsinə görə:

  • 0–6 yaş: 500 manat

  • 7–13 yaş: 600 manat

  • 14–18 yaş: 650 manat

Digər müavinətlər:

  • Uşağın anadan olmasına görə – 600 manat

  • Dəfn üçün – 600 manat

Bu dəyişikliklər əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib və 1 iyul 2024-cü ildən qüvvəyə minir.