SOSİUM

24 İyun

İnzibati cərimələrə yeni güzəşt

Finss.az - Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, bütün inzibati xətalara görə cərimələr qərarın qüvvəyə mindiyi gündən 10 gün ərzində ödənilərsə, vətəndaşlar tətbiq olunan məbləğin 10 faizi həcmində ödənişdən azad olunacaqlar.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, inzibati cərimə qərarı dərhal və ya 5 iş günü müddətində icra edilərsə, həmin güzəşt tətbiq edilir. Yeni təklif bu müddətin 10 günə qədər uzadılmasını nəzərdə tutur.

Dəyişiklik cərimələrin vaxtında ödənilməsini stimullaşdırmaq və inzibati icraatın effektivliyini artırmaq məqsədi daşıyır. Qanuna 150.1-1-ci maddənin əlavə olunması ilə bu mexanizm hüquqi çərçivəyə salınacaq.