2024-cü ilin əvvəlinə olan rəsmi statistikaya görə, Azərbaycanda 27,4 min nəfər dövlət qulluğunda çalışır.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu rəqəmin 30,3 faizini qadınlar təşkil edir.
Qulluqçuların vəzifə bölgüsünə gəldikdə, onların əhəmiyyətli hissəsi – 46,6 faizi 7-ci təsnifat üzrə çalışır. Ali vəzifə pillələrində – yəni 3-cü təsnifatda olanlar 7,4 faiz təşkil edir. Digər bölgü isə belədir: 4-cü təsnifatda 3,7 faiz, 5-ci təsnifatda 11,6 faiz, 6-cı təsnifatda 8,5 faiz, yardımçı vəzifələr üzrə isə 22,2 faiz.
İş stajına görə təhlil isə belə görünür: dövlət qulluqçularının 6,4 faizi 1 ilədək, 24,1 faizi 1-5 il arası, 22,9 faizi 5-10 il, 18,6 faizi 10-15 il və nəhayət, 28 faizi 15 ildən çox təcrübəyə malikdir.
Yaş bölgüsü də maraq doğurur: dövlət qulluğunda çalışanların yalnız 2,8 faizi 25 yaşadək gənclərdir. Ən çox təmsil olunan yaş qrupu isə 30-34 yaşlılardır – 18,2 faiz. Digər yaş qrupları üzrə paylar isə belədir:
- 25-29 yaş – 12,5%
- 35-39 yaş – 16,1%
- 40-44 yaş – 12,8%
- 45-49 yaş – 9,9%
- 50-54 yaş – 7,6%
- 55-59 yaş – 8,4%
- 60-64 yaş – 9,7%
- 65 və yuxarı – 2%
2024-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı ötən illə müqayisədə 2 faiz artaraq 1971 manat olub.
Fuad Mədətov
Finss.az