SOSİUM

23 İyun

Azərbaycanda iyunun 24-nə hava proqnozu

Finss.az - Milli Hidrometeorologiya Xidməti iyunun 24-nə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Bildirilir ki, iyunun 24-də Azərbaycanda hava dəyişkən buludlu olacaq, bəzi yerlərdə isə yağış yağacağı ehtimal edilir.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 23-dən 24-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman və az çiskin ehtimalı var. Şimal-qərb küləyi gündüz ərzində arabir güclənəcək.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70% təşkil edəcək.

Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış, şimşək çaxması və dolu düşmə ehtimalı var. Həmçinin, bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-33° isti, dağlıq ərazilərdə gecə 7-12°, gündüz 13-18° isti olacaq.