Finss.az - DOST könüllüsü olmaq istəyənlərin sayı 150 mini ötüb. Bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov “DOST to DOST” layihəsi çərçivəsində keçirilən “Əmək münasibətləri” təlim proqramının bağlanış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu günədək 6 500 nəfər könüllü kimi müxtəlif DOST mərkəzlərində fəaliyyətə cəlb olunub.
Fərid Məmmədov qeyd edib ki, “DOST to DOST” layihəsi gənclərin əmək hüquqları ilə bağlı məlumatlılığının artırılmasına mühüm töhfə verir.