Finss.az - 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın iqtisadiyyatının əsas sahələrində məhsul buraxılışının fiziki həcm indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 99,4 faiz təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye sahəsində 97,6 faiz göstəricisi qeydə alınaraq kiçik azalma müşahidə olunub. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda isə artım 101,9 faiz səviyyəsində olub. Tikinti sektorunda isə 96,2 faiz səviyyəsində azalma baş verib. Nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, həmçinin ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində müvafiq olaraq 103,2, 107,7 və 103,8 faiz artım qeydə alınıb.
Bakı şəhərində iqtisadi fəaliyyət ümumi olaraq 100,3 faiz səviyyəsində artıb. Naxçıvan Muxtar Respublikasında isə kənd təsərrüfatı və nəqliyyat sektorlarında yüksək artımlar - müvafiq olaraq 100,7 və 117,2 faiz müşahidə edilib.
İqtisadi rayonlar arasında fərqliliklər nəzərə çarpır. Məsələn, Abşeron-Xızı iqtisadi rayonunda ümumi iqtisadi göstərici 94,9 faiz olaraq azalma göstərsə də, informasiya və rabitə sahəsində 130,5 faiz artım müşahidə olunub. Qarabağ iqtisadi rayonunda ümumi göstərici 77,5 faiz səviyyəsində azalma ilə diqqət çəkib.
Şəki-Zaqatala iqtisadi rayonunda isə ümumi məhsul buraxılışı 102,6 faiz artaraq pozitiv dinamikanı qoruyub. Şərqi Zəngəzur iqtisadi rayonu isə 69,5 faiz səviyyəsində azalma ilə digər rayonlardan fərqlənib.
Dövlət Statistika Komitəsi bildirir ki, təqdim olunan məlumatlar yalnız ümumilikdə ölkə səviyyəsində mövcud olan statistik məlumatlara əsaslanır və iqtisadi rayonlar üzrə ayrı-ayrı göstəricilər bəzi hallarda fərqli nəticələr göstərə bilər.