SOSİUM

03 İyun

ATMU dünya universitetləri siyahısına daxil oldu

Finss.az - Beynəlxalq reytinq agentliyi Round University Ranking (RUR) 2025-ci il üçün dünya universitetlərinin növbəti reytinq nəticələrini açıqlayıb.

Bu il Azərbaycanın ali təhsil müəssisələri arasında ən yüksək göstəriciyə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) imza atıb.

İlk dəfə olaraq RUR reytinqində yer alan ATMU, ölkəmizdən siyahıya düşən 15 universitet arasında ilk 7-liyə daxil olaraq mühüm nailiyyət əldə edib. Ümumilikdə isə ATMU dünya universitetləri arasında 1114-cü sırada qərarlaşıb.

RUR-un qiymətləndirmə sistemi universitetləri dörd əsas kriteriya üzrə – tədrisin keyfiyyəti (40%), tədqiqatın keyfiyyəti (40%), beynəlmilləşmə (10%) və maliyyə dayanıqlılığı (10%) – 20 əsas parametr əsasında qiymətləndirir. ATMU-nun reytinqdə yer alması universitetin son illərdə təhsil və tədqiqat sahəsində əldə etdiyi uğurların təsdiqidir.