Son illər davamlı pensiya artımları orta aylıq pensiyanın orta aylıq əmək haqqına nisbətinin (əvəzetmə əmsalı) qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılmasında mühüm irəliləyişə imkan verib.
Finss.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, cari ilin əvvəlindən də növbəti sosial islahat paketi üzrə bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, 2025-ci il fevralın 1-dən isə minimum pensiya 280 manatdan 320 manata çatdırılıb.
Beləliklə, 2025-ci ilin 1 aprel tarixinə ölkəmizdə orta aylıq əməkhaqqı 1083,8 manat, orta aylıq pensiya 538 manat, yaşa görə orta aylıq pensiya 573 manat təşkil edib.
Beləliklə, qeyd edilən nisbət 2018-ci illə müqayisədə bu ilin 1 aprel tarixinə orta aylıq pensiya üzrə 40,7 faizdən 49,6 faizə, yaşa görə orta aylıq pensiya üzrə 45,8 faizdən 52,9 faizə yüksəlib.
Fuad Mədətov
Finss.az