SOSİUM

21 May

Apreldə 254 min nəfərə əlillik pensiyası verilib

Finss.az - 2025-ci ilin aprel ayı ərzində Azərbaycanda əlilliyə görə 254 500-dən çox şəxs pensiya alıb.

Eyni zamanda, 218 700-dən çox şəxs aylıq müavinət, 89 500-dən çox şəxs isə Prezident təqaüdü alıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Fondun açıqlamasına görə, cari ilin birinci rübündə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DSMF tərəfindən 475 min nəfərə sosial müavinət, 402 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Bu göstəricilər sosial müdafiə sahəsində davamlı dəstəyin və əlilliyi olan vətəndaşların rifahının təminatında dövlətin xüsusi diqqətini vurğulayır.