SOSİUM

21 May

Özbəkistan bu ölkələr üçün vizanı ləğv edir

Finss.az - Özbəkistan hökuməti Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarının ölkəyə daxili pasport və ya şəxsiyyət vəsiqəsi (ID-kart) ilə girişinə icazə verməyi planlaşdırır.

Bu təşəbbüs ölkə Prezidenti Şavkat Mirziyoyevin 2025-2026-cı illər üçün turizmin inkişafına dair fərmanında öz əksini tapıb.

Fərmanda turist axınının kəskin artırılması, turizm xidmətlərinin genişləndirilməsi və iqtisadiyyatda turizmin rolunun yüksəldilməsi məqsədi ilə səyahətlərin sadələşdirilməsi diqqətə çatdırılır. Özbəkistan Xarici İşlər Nazirliyinə tapşırıq verilib ki, növbəti üç ay ərzində Azərbaycan, Rusiya və Qazaxıstanın müvafiq qurumları ilə danışıqlara başlasın və nəticələrə əsasən hökumətə təkliflər təqdim etsin.

Təkliflərə əsasən, həmin ölkələrin vətəndaşları ölkə ərazisinə daxili sənəd və ya ID-kart ilə 30 günədək, 16 yaşadək vətəndaşlar isə “uşaq pasportu” ilə giriş əldə edə biləcək. Hazırda isə bu ölkələr arasında 60 günədək vizasız səfərlər mövcuddur, lakin xarici pasport təqdim olunmalıdır.

Bu addım turizmin inkişafı ilə yanaşı, işgüzar və humanitar əlaqələrin gücləndirilməsinə də töhfə verməsi gözlənilir.