Finss.az - Bu ilin may ayında Azərbaycanda rəsmi qeyri-iş günü olacaq.
28 May – Müstəqillik Günü ölkədə bayram kimi qeyd olunduğuna görə həmin gün iş olmayacaq.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, bayram günləri qeyri-iş günü sayılır. Bu il 28 May çərşənbə gününə təsadüf edir və həmin gün bütün ölkə üzrə istirahət günü olacaq.
Qeyd edək ki, 27 may tarixində – bayram ərəfəsində isə qısaldılmış iş günü tətbiq olunacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən, bayramqabağı iş günü bir saat azaldılır.
Xatırladaq ki, 2025-ci ilin iş vaxtı norması 40 saatlıq, beşgünlük iş həftəsi və 8 saatlıq iş günü prinsipi ilə hesablanır.