SOSİUM

19 May

Nəqliyyat sektorunda artım

Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda yük və sərnişin daşımalarında artım müşahidə olunub.

Dövlət Statistika Komitəsinini verdiyi məlumata əsasən, bu dövrdə fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən ümumilikdə 76,1 milyon ton yük və 659,6 milyon sərnişin daşınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınması 3,0 faiz, sərnişin daşınması isə 5,7 faiz artaraq nəqliyyat sektorunda dinamik inkişafı əks etdirib.

Daşınan yüklərin 59,2 faizi avtomobil, 29,2 faizi boru kəməri, 7,5 faizi dəmir yolu, 3,9 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı vasitəsilə həyata keçirilib. Sərnişinlərin 88,3 faizi avtomobil, 11,1 faizi metro ilə daşınıb, digər nəqliyyat növlərinin payı isə azlıq təşkil edib.

Bu göstəricilər ölkədə nəqliyyat infrastrukturunun inkişaf etdiyini və yük-sərnişin daşımalarının artdığını göstərir.