Finss.az - 10-12 iyun tarixlərində Bakıda II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisi keçiriləcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, foruma Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən yüksək səviyyəli nümayəndələr, investorlar, startaplar və akademik dairələr qatılacaqlar.
Forum çərçivəsində 20-dən çox sahə üzrə məhsul və texnologiyaların sərgisi, panel müzakirələr təşkil olunacaq. Panel müzakirələrin mövzuları rəqəmsal ticarət, kənd təsərrüfatı, turizm, mədəniyyət, startaplar və investisiya sahələrini əhatə edəcək.
