Finss.az - 2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda bəzi qeyri-ərzaq məhsullarının qiymətlərində eniş müşahidə olunub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Rəsmi statistikaya əsasən, minik avtomobillərinin qiymət indeksi qeyd olunan dövrdə 98,4 faiz təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə avtomobillərin orta hesabla 1,6 faiz ucuzlaşması deməkdir.
Ən ciddi qiymət azalması isə telefon aparatlarında qeydə alınıb. Bu məhsul qrupu üzrə qiymət indeksi 94,5 faiz olub ki, bu da 5,5 faizlik eniş anlamına gəlir. Ekspertlər bu tendensiyanı həm texnologiyanın sürətli yenilənməsi, həm də rəqabətin artması ilə izah edirlər.
Velosipedlər üzrə isə demək olar ki, qiymətlər sabit qalıb. Bu kateqoriyada qiymət indeksi 99,7 faiz təşkil edib, yəni cəmi 0,3 faiz azalma baş verib.