Bakı şəhərinin təkrar mənzil bazarında yeni və köhnə tikililər arasında qiymət fərqləri rayonlar üzrə ciddi şəkildə dəyişir.
Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib.
Araşdırmalara görə, bütün rayonlarda yeni tikililər köhnə tikililərdən daha bahadır, lakin bu fərqin miqyası rayonun yerləşmə mövqeyi və infrastrukturu ilə sıx əlaqəlidir.
Mərkəzdən kənar rayonlarda fərq daha çoxdur:
- Suraxanı rayonu üzrə:
- Yeni tikililər: 1752–2230 AZN/kv.m
- Köhnə tikililər: 1420–1995 AZN/kv.m
- Fərq: orta hesabla 10–23%
Mərkəzi rayonlarda fərq nisbətən azdır:
- Nərimanov rayonu:
- Qiymət fərqi: 3–16%
- Xətai rayonu:
- Qiymət fərqi: 7–19%
Bu, onunla izah olunur ki, mərkəzdə yerləşən köhnə binalar da nəqliyyat əlçatanlığı, infrastruktur imkanları və lokasiya üstünlükləri baxımından yüksək qiymətləndirilir. Bu səbəbdən yeni binalarla qiymət fərqi azala bilir.
Eyni zamanda, şəhər ətrafındakı ərazilərdə isə yeni tikililər daha geniş planlaşdırma, yeni kommunikasiya xətləri, yeraltı parkinq və digər üstünlüklərlə seçildiyi üçün köhnə tikililərlə aradakı fərq daha kəskin görünür.
Bu qiymət fərqləri alıcıların seçimində önəmli rol oynayır. Daha əlverişli qiymətə mərkəzdə köhnə bina, yaxud şəhər kənarında yeni, amma ucuz bina – alıcıların qərarı həm büdcə, həm də prioritetlərə görə dəyişir.
Fuad Mədətov
Finss.az