Finss.az - SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2025”də iştirak edəcək tələbələr və onların elmi rəhbərləri ilə görüş keçirib.
Görüşdə Elmar Qasımov müsabiqənin əhəmiyyətini vurğulayıb və beynəlxalq platformalarda iştirakın tələbələrin bilik və bacarıqlarının inkişafına töhfə verdiyini qeyd edib. O, tələbələrə dəyərli tövsiyələr verərək, onları öz bacarıqları ilə ölkəmizi və BANM-ı layiqincə təmsil etməyə çağırıb.
Rektor çıxışında Bakı Ali Neft Məktəbinin əvvəlki illərdə “TEKNOFEST”də əldə etdiyi uğurlara da toxunub və bu ənənənin davam etdirilməsinin vacibliyini bildirib.
Qasımov əlavə edib ki, bu ilki festivalda Azərbaycandan təmsil edilən komandaların 75 faizini (6 komanda) məhz BANM tələbələri təşkil edir. Bu, ali məktəbin yüksək potensialının və uğurlarının açıq göstəricisidir.
BANM-in gələcək uğurları və təhsil sahəsindəki mühüm addımları ilə əlaqədar olaraq, bu cür beynəlxalq təcrübələr tələbələrin karyera inkişafında böyük rol oynayacaq.
