SOSİUM

17 Aprel

Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 9 milyon manatı ötüb

Finss.az - Cari ilin yanvar-mart aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz artaraq 9 milyon 173 min 600 manat olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən azərtac-ın bölgə müxbirinə bildirilib ki, xidmətlərin 46,3 faizi mobil telefon rabitəsi sahəsində formalaşıb.

Bu ilin birinci rübündə muxtar respublikada nəqliyyat sektorunda isə 1 milyon 650 min ton yük, 11 milyon 192 min 200 sərnişin daşınıb. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,1 faiz, sərnişin daşınması isə 1,0 faiz artıb.