SOSİUM

08 Aprel

Birinci rübdə DSMF-nin xərcləri 1 mld. 864 mln. manat təşkil edib

Finss.az - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar - mart aylarında proqnozla müqayisədə 14 faiz (249 milyon manat) çox olmaqla 2 milyard 14 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz (114 milyon manat) artaraq 1 milyard 475 milyon manat olub.

Birinci rübdə DSMF-nin xərcləri isə 1 milyard 864 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (163 milyon manat) çoxdur.