Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2024-cü ildə 107.3 min nəfər əhalinin yaşadığı 71 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 252 km olan 12 kəndlərarası avtomobil yolunun yenidən qurulması başa çatdırılıb.
Trend xəbər verir ki, bu barədə AAYDA-nın cari ilin müvafiq dövründə görülən işlər və qarşıda duran vəzifələr barədə hesabat iclasında məlumat verilib.
Hesabatda, həmçinin Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP 29) keçirilməsi ilə əlaqədar paytaxtda 31 ünvanda əsaslı təmir işlərinin aparıldığı qeyd olunub. Bu işlərə 8 Noyabr prospektinin 10 km-lik hissəsinin təmiri də daxildir.
Ümumilikdə, 2024-cü ildə ölkə üzrə 382.7 km uzunluğunda avtomobil yolları, prospektlər və küçələr yenidən qurulub və təmir olunub.