Finss.az - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərlik etdiyi “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitə, fəaliyyət planına əsasən, 57 milli standart hazırlayıb və Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib. Bu standartlar, Beynəlxalq Əmək Təşkilatının tələblərinə uyğun olaraq, əməyin təhlükəsizliyi və gigiyenası, fərdi mühafizə vasitələri, əməyin mühafizəsi üzrə təlimatlar və istehsalat mühitinin amilləri ilə bağlı prosedurları əhatə edir. Yeni standartların tətbiqi əmək şəraitinin müasir tələblərə uyğunlaşdırılması və əməyin təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsi üçün əhəmiyyətlidir.

Zemfira Ms
Finss.az