2024-cü ilin oktyabrına qədər Azərbaycanda məktəbəqədər hazırlıq üçün əlavə 100 min yer açılması planlaşdırılır.
Fins.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev beynəlxalq konfransda bu barədə bildirib. O, əlavə yerlərin yarısından çoxunun artıq fəaliyyətə başladığını qeyd edib. Nazirin sözlərinə görə, pilot layihələrin uğurla həyata keçirilməsi sayının artırılmasını asanlaşdıracaq. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə inşa edilən məktəbəqədər təhsil müəssisələri də bu artımın həyata keçirilməsinə töhfə verəcək.