Hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-in bərə və Ro-Ro tipli gəmiləri ilə Ələt (Bakı)-Türkmənbaşı-Ələt (Bakı) və Ələt (Bakı)-Kurık-Ələt (Bakı) istiqamətlərində sərnişinlərin daşınması həyata keçirilir.
Fins.az QSC-yə istinadən məlumat verir ki, biletlərin qiyməti Qazaxıstan istiqamətində 60-80 dollar, Türkmənistan istiqamətində 50-60 dollar arasında dəyişir.
Qeyd edək ki, hazırda xüsusi karantin rejimi ilə əlaqədar ölkəni tərk etmək üçün (hava yolu istisna) Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi tələb olunur.
Ətraflı məlumat üçün: //www.asco.az/az/pages/3/141