SOSİUM

03 Dekabr

Bakıdakı avtobus zolaqları ləğv edilib

İctimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil olunan “COP29 xüsusi hərəkət zolaqları” tədbiri başa çatdıqdan sonra qüvvəsini itirib.

Fins.az, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən açıqlamaya əsasən xəbər verir ki, həmin zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları sökülüb və xətlər silinib, yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunur və sürücülər bu zolaqlara daxil ola bilərlər.

Zuğulba şosesi, Gülarə Qədirbəyova küçəsi, Hava limanı şosesi, Heydər Əliyev prospekti, Niyazi küçəsi, Bülbül prospektinin Şəmsi Bədəlbəyli və Neftçilər prospekti ilə kəsişməsinədək, İstiqlaliyyət, Mehdi Hüseyn, Koroğlu Rəhimov küçələri, Salyan şossesi, Zığ şossesi, Həsənoğlu küçəsinin Təbriz küçəsi ilə kəsişməyədək, Böyükşor yol qovşağının üzəri, Y.Səfərov küçəsi ilə 28 May - Ü.Hacıbəyli küçəsinin kəsişməsinədək, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi ilə Dairəvi yol-Parlament prospekti, Həsən Əliyev küçəsilə Atatürk prospekti - Əhməd Rəcəbli küçələrinin kəsişməsi, Mirzaağa Əliyev küçəsi ilə A.Şaiq küçəsi- Azərbaycan prospektinin kəsişməsi, Mikayıl Üseynov küçəsi Azneftdən Bayraq meydanı istiqamətində, Bünyad Sərdarov küçəsi H. Seyyidbəyli-İstiqlaliyyət küçələri ilə kəsişməyədək, Həsən Seyidbəyli və N. Nərimanov prospekti-B. Sərdərov küçəsi ilə kəsişməyədək, Şeyx Şamil küçəsi Mehdi Hüseyn - İstiqlaliyyat küçəsi ilə kəsişməyədək, Xocalı prospekti Yusif Safarov küçəsi - İzzət Orucov küçəsi ilə kəsişməyədək olan hissələrdə 5.9 yol nişanları çıxarılıb və zolaqlar qüvvədən düşüb.

Hazırda yalnız 5.9 yol nişanlarının olduğu zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağandır.

Sürücülərdən diqqətli olmaları və yol nişanları olan zolaqlarda qanunun tələbini pozmamaları xahiş olunur.
 

Zemfira Ms
Fins.az