Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin noyabr ayı ərzində 15 aptekdə yoxlama aparılıb.
Mərkəzdən Fins.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə 4, respublikanın digər şəhər və rayonlarında isə 11 aptek olmaqla, 12 aptekdə planlı, 3 aptekdə plandankənar təftiş aparılıb.
Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1 və 452.3 maddəsi üzrə protokollar tərtib edilib.