SOSİUM

27 Noyabr

Əlilliyə görə sosial ödənişlər 5 ildə 2.3 dəfə artıb - Sahil Babayev

Əlilliyə görə sosial ödənişlərin son 5 ildə əhəmiyyətli şəkildə artıb.

Fins.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.

Nazir, əlilliyə görə pensiya son 5 ildə 2.3 dəfə, müavinətlər isə 3.5 dəfə artıb. Bu artım, 20-30%-lik artım deyil, 230-350%-lik bir artım olduğunu vurğulayıb.

Nazir, 2018-ci ildə əlilliyə görə sosial ödənişlərin ümumi məbləğinin 1.2 milyard manat olduğunu, bu gün isə bu məbləğin 2.5 milyard manata yaxınlaşdığını qeyd edib. Əlilliyi olan insanlara verilən vəsaitin məbləğini isə 1.3 milyard manata yaxın qaldırdıqlarını bildirib.

Əlilliyə görə pensiya və müavinətlərlə bağlı sığorta stajı məsələsinə də aydınlıq gətirilib. Əlilliyə görə pensiyaya çıxmaq üçün yalnız şəxsin əmək qabiliyyəti dövrü üçün sığorta stajı tələb olunur. Əlil olduqdan sonra sığorta stajı tələb olunmur. Heç vaxt işləməyən və sonradan əlil olan şəxslər pensiya sisteminə daxil ola bilməzlər, lakin müavinət sisteminə daxil ola bilərlər. Əgər vətəndaş işləyib və sonradan əlillik qazansa, hər il üçün yalnız 4 ay sığorta stajı tələb olunur. Bu, kifayət qədər güzəştli yanaşma kimi qiymətləndirilir.