Azərbaycanın bütün xəstəxanalarının adekvat işləmədiyinə inanmıram.
Fins.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.
"Əlilliyin təyin olunması prosedurlarını bilirsiniz. Vətəndaş xəstəxanada qeydiyyatdan keçməli, orada müayinə olunmalı və sənədlər təqdim olunmalıdır. Bizim tərəfimizdən hər bir hal araşdırılır.
Cari ildə 40 mindən çox şəxsə əlillik təyin edilib. Bunun 50%-i ilkin əlillik təyinatı, 50%-i isə təkrar əlillik təyinatıdır. Əlilliklə bağlı bizim mövqeyimiz birmənalıdır. Haqqı çatan, qanunvericiliyə uyğun bütün hallar dəyərləndirilməli və həmin insanların əlilliyi təyin olunmalıdır. Amma saxta yollarla, əsassız şəkildə əlillikdən gəlir yolu kimi istifadə edilməsinə icazə verilməməlidir. Bunun qarşısı ardıcıl olaraq alınacaq", - deyə nazir bildirib.