SOSİUM

21 Noyabr

Sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirləri üçün 25 milyon manat ayrılacaq

Fins.az, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin açıqlamalarına istinadən xəbər verir ki, 2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,41 milyon manat ayrılması nəzərdə tutulub.

Bu məbləğ cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3%, yəni 16,83 milyon manat daha çoxdur.

Əlavə olaraq, sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirləri üçün 25 milyon manat ayrılacaq ki, bu da cari ildəkindən 2% çoxdur.

Lakin komitə sədri bu məbləğin postmüharibə dövrünün ehtiyaclarına uyğun olmadığını və müraciət edənlərin yalnız cüzi bir hissəsinin ehtiyacını ödəyəcəyini qeyd edib.
 

Fuad Mədətov
Fins.az