Azərbaycanda təxminən 1 milyon 100 min pensiyaçı var.
Fins.az, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin açıqlamalarına istinadən xəbər verir ki, 2024-cü ildə əmək pensiyalarının orta aylıq məbləği 494 manat, 2025-ci ildə isə 531 manat olacaq.
Yaşa görə pensiyanın orta aylıq məbləği isə 2025-ci ildə 571 manat olacaq, bu da 44 manat artım deməkdir.
Həmçinin, orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqına nisbəti 2024-cü ildə 48,8%, 2025-ci ildə isə 49,5% olacaq ki, bu da Beynəlxalq Əmək Təşkilatının tələblərinə uyğun gəlir.
Fuad Mədətov
Fins.az