SOSİUM

21 Noyabr

2025-ci ildə DSMF-nin 96,52%-i əhaliyə ödənişlərə ayrılacaq

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üçün proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-i, yəni 7 milyard 408 milyon manatı əhaliyə ödənişlərə ayrılacaq.

Fins.az xəbər verir ki, əhaliyə ödənişlərin 7 milyard 210 milyon manatı əmək pensiyalarına, 198,4 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları əsasında verilən müavinətlərə yönəldiləcək.

2025-ci ildə əmək pensiyalarının orta aylıq məbləği 535 manat, yaşa görə pensiyanın orta aylıq məbləği isə 571 manat olacağı proqnozlaşdırılır.

Məcburi sosial sığorta haqları ilə verilən müavinətlər üçün 198,41 milyon manat vəsait ayrılacaq.

2025-ci ildə Fondun sərbəst vəsaitindən investisiya fəaliyyətinə daha çox vəsait ayrılması gözlənilir.
 

Fuad Mədətov
Fins.az