SOSİUM

30 Oktyabr

Noyabr ayında Azərbaycanda beş gün ardıcıl qeyri-iş günü olacaq

Azərbaycanda noyabr ayında altı gün ardıcıl qeyri-iş günü gözlənilir.

Fins.az xəbər verir ki, bu barədə müvafiq qərarı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzalayıb.

Sənədə əsasən, 8 noyabr Zəfər Günü və 9 noyabr Dövlət Bayrağı Günü ölkə üzrə rəsmi qeyri-iş günləri hesab edilir. 2024-cü ildə 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün, Əmək Məcəlləsinə əsasən 11 noyabr, bazar ertəsi də qeyri-iş günü kimi müəyyən edilib. Bununla yanaşı, 12 və 13 noyabr iş günləri müvafiq olaraq 16 və 23 noyabr tarixlərinə keçiriləcək.

Nəticədə, iş günlərinin yerdəyişməsi nəzərə alınmaqla, Azərbaycan vətəndaşları noyabrın 8-dən 13-dək ardıcıl altı gün istirahət edəcəklər.

Bundan əlavə, noyabr ayında həftəsonları 2-3, 16-17, 23-24 və 30 noyabr tarixlərinə düşür. Ancaq iş günlərinin yerdəyişməsi səbəbindən 16 və 23 noyabr şənbə günləri iş günü elan edilib.

Nazirlər Kabinetinin qərarı ilə, həmçinin ümumi təhsil müəssisələrində payız tətilinin müddəti dəyişdirilib. Ümumtəhsil məktəblərində tətil 12-22 noyabr tarixləri arasında keçiriləcək. Orta məktəb şagirdləri isə 8-25 noyabr tarixlərində istirahət edəcək və onların tətil müddəti 17 gün davam edəcək.