SOSİUM

23 Oktyabr

Soyuq bölgələrdə iqlim mülayimləşməsi hansı avantajlar yaradır? - Elçin Bayramlı

Bəzi alimlərin dediyinin əksinə olaraq, iqlim dəyişikliklərinin ekoloji kataklizmların səbəbi sırf antropogen təsirlərdir. Yəni bu, təbii proseslər deyil, bu məlum faktı təkzibedilməz faktdır.

Bunu Fins.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

İqlim dəyişikliklərinin səbəblərini izah edərkən, antropogen təsirlərin rolunu vurğulayan E.Bayramlı bildirib ki, sənayenin inkişafı, qlobal istehlakın artması və resursların israfçılığının iqlim dəyişikliyinə olan təsirini göstərir. Onun sözlərinə görə, son 50 ildə dəyişikliklər birbaşa sənayenin, sənayeləşmə ilə bağlıdır:

“İqlim dəyişiklikləri ən çox isti bölgələrdə yaşayan insanlara təsir edir. Bu bölgələrdə quraqlıq, su problemi və məhsuldarlığın azalması kimi çətinliklər yaranır. Xüsusən də isti bölgələr daha çox zərər çəkir. Soyuq bölgələrdə isə əksinə, iqlim mülayimləşərək torpağın daha yararlı olmasına səbəb olur”.

Sosioloq, iqlim dəyişikliklərinin insan hüquqları perspektivindən də ciddi təsirinə diqqət çəkib:

“İnsanların təməl hüququ pozulur. Təməl hüquq nədir? Hər bir insanın öz coğrafiyasında normal təbii şəraitdə yaşamasıdır. Bu ziyanları kompensasiya etmək dövlətlərin və şirkətlərin məsuliyyətidir: Bu dövlətlərin əsəridir. Bu dünyada yaranmış vəziyyət, ekoloji fəlakətlər, hamısı dövlətlərin həyata keçirdiyi siyasətin əsəridir”.

Fuad Mədətov
Fins.az