Öz istəyilə işdən çıxan ədliyyə işçilərinə birdəfəlik müavinət veriləcək.
Fins.az xəbər verir ki, Azərbaycan Respublikasında ədliyyə orqanlarının işçilərinə öz istəyilə işdən çıxma halında birdəfəlik müavinət veriləcək. Bu, Milli Məclisdə müzakirə olunan "Ədliyyə orqanlarında xidmətin keçirilməsi" qanununa təklif olunan dəyişiklərdə qeyd edilib.
Yeni qanun layihəsinə əsasən, ədliyyə orqanlarında xidmətini dayandıran işçilərə 6 aylıq əmək haqqı qədər birdəfəlik müavinət veriləcək. Dəyişiklər müzakirədən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Eyni zamanda, mülki məhkəmələrdə işlərin baxılması müddətləri də dəyişdirilib.