SOSİUM

22 Oktyabr

Azərbaycanda mülki məhkəmələrdə işlərin baxılma müddətləri dəyişdirildi

Azərbaycanda mülki məhkəmələrdə proses müddətlərinə dair bir sıra dəyişikliklər edilib.

Fins.az xəbər verir ki, bu məsələ, bugünkü Milli Məclis iclasında müzakirə olunan Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, müvəqqəti təminat tədbirinin ləğv edilməsi ilə bağlı ərizə, məhkəməyə daxil olduğu gündən etibarən 20 gün ərzində baxılacaq. Əgər ərizədə qeyd olunan məsələ təcili həll edilməli olarsa, işdə iştirak edən şəxslərə bildiriş göndərməklə məhkəmə iclası təyin oluna bilər.

Həmçinin, məhkəmənin qərarında və ya müəyyən edilməsindəki qeyri-dəqiqliklərin və ya səhvlərin düzəldilməsi ilə bağlı ərizələr 10 gün ərzində baxılacaq.

Müzakirələrdən sonra dəyişiklik ilk oxunuşda səsverməyə çıxarılıb və qəbul edilib.