"İkili keçid" mövzuları COP29-da fəal şəkildə müzakirə olunacaq.
Fins.az xəbər verir ki, bu barədə “Harward Business Review Türkiyə” baş redaktoru Serdar Turan Bakıda "ESG hesabatlarının anlaşılması və təhlili ekoloji, sosial və korporativ idarəetmə" mövzusunda keçirilən seminarda bildirib.
“Rəqəmsallaşma və dayanıqlı inkişafı birləşdirən ‘ikili keçid’ konsepsiyası COP29 Tərəflər Konfransının əsas mövzularından biri olacaq. Bu istiqamətlər, IT və məlumatların istifadəsi sayəsində qarşılıqlı əlaqədədir və rəqəmsal texnologiyaların dayanıqlı inkişafa töhfə verdiyi bir ‘Sweet Spot’ yaradır”, – Serdar Turan bildirib.
Onun sözlərinə görə, konfrans iştirakçıları rəqəmsallaşmanın karbon emissiyalarının azaldılmasına və ekoloji effektivliyin artırılmasına necə kömək edə biləcəyini müzakirə edəcəklər.
“Müzakirələr zamanı IT və məlumatların ekoloji göstəricilərin yaxşılaşdırılmasında və Paris Sazişinin məqsədlərinə nail olunmasında necə katalizator kimi çıxış edə biləcəyi nəzərdən keçiriləcək”, – Serdar Turan vurğulayıb.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
* * *
Bu günə qədər COP29-da iştirak etmək üçün təxminən 3000 media nümayəndəsi qeydiyyatdan keçib.
Fins.az xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Bakıda "ESG hesabatlarının anlaşılması və təhlili [ekoloji, sosial və korporativ idarəetmə]" mövzusunda keçirilən seminarda bildirib.
"COP29 konfransı həm yerli, həm də beynəlxalq medianın diqqətini çəkir. Hazırda dünya mətbuatının 3 minə yaxın nümayəndəsi artıq qeydiyyatdan keçib. Onların arasında yerli media nümayəndələri də var. BMT-nin “mavi” zonasında işləmək üçün akkreditasiya oktyabrın 21-də başa çatır. Bundan əlavə, jurnalistlər üçün "yaşıl" zona üzrə akkreditasiya prosesi bu yaxınlarda başlayıb və oktyabr ayının sonunda başa çatacaq. Hazırda "yaşıl" zonada işləmək üçün 150-yə yaxın akkreditasiya müraciətimiz var", - o bildirib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
* * *
Bakı COP29-a yüksək hazırlıq səviyyəsi nümayiş etdirir.
Fins.az xəbər verir ki, bu barədə Fransanın “La Gazette du Caucase” internet-nəşrinin 11- 22 noyabr tarixlərində Bakı şəhərində baş tutacaq BMT-nin COP29 iqlim sammitinə hazırlıq üzrə dərc etdiyi məqalədə deyilir.
“COP29 11- 22 noyabr tarixlərində Bakı şəhərində baş tutacaq. Tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionunda tikinti və quraşdırma işləri, demək olar ki, başa çatıb və obyektin vaxtında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) təhvil verilməsi planlaşdırılır. Sammitin ilk günlərində keçiriləcək dünya liderlərinin görüşü də plan üzrə təşkil ediləcək”, - məqalədə deyilir,
Müəlliflər xatırladıblar ki, 2023-cü il dekabrın 11-də COP28 plenar iclasında Azərbaycanın digər Şərqi Avropa ölkələrinin dəstəyi ilə COP29-a ev sahibliyi etməsi qərara alınıb.
Azərbaycanın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi məqalədə xüsusi vurğulanır. Konfransda dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin də daxil olduğu minlərlə qonağın Bakıya gəlməsi gözlənilir.
COP29-un sədrliyi iki əsas prinsipə - iddiaların artırılması və fəaliyyətin təşviqinə əsaslanır. Birinci prinsip milli planların iddialılığını və şəffaflığı vurğulayır, ikinci isə maliyyələşmənin əhəmiyyətini, emissiyaların azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma və itkilərin azaldılması üçün konkret tədbirlərin həyata keçirilməsini önə çəkir.
Məqalədə qeyd edilib ki, bu məqsədləri dəstəkləmək üçün Azərbaycan 1 milyard dollar həcmində İqlim Maliyyələşdirməsi üzrə Fəaliyyət Fondu yaratdığını elan edib. Fond qalıq yanacaq istehsal edən ölkələrin və şirkətlərin töhfələri hesabına formalaşacaq, Azərbaycan isə təsisçilərdən biri olacaq. Fondun yarısının inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinə, təmiz enerji texnologiyalarının tətbiqinə və iqlim dəyişikliyinə qarşı həssas qruplara daxil olan əhali üçün dayanıqlığın artırılmasına sərf edilməsi planlaşdırılır.
“La Gazette du Caucase”də qeyd olunub ki, sədrlik COP29-da "COP Truce” - qlobal sülhün, dialoqun və barışığın təşviqinə yönəlmiş barışıq çağırışı təşəbbüsü ilə də çıxış edib.
"Bakı 2015-ci il Paris Sazişi üzrə istixana qazı tullantılarının 2030-ci ilə qədər 35%, 2050-ci ilə qədər isə 40% azaldılmasına yönəlmiş öhdəliklərini təsdiqləyib. 2016-cı ilin aprelində Paris sazişini imzalayan Azərbaycan İqlim Dəyişikliyi sahəsində onun qanuni məcburi çərçivəsinə əməl etməyi öhdəsinə götürüb", - məqalənin yekununda deyilib.
* * *
Bu il noyabrın 11-22-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müddətində işə cəlb ediləcək 10 min nəfərdən artıq əməkdaşın istifadə edəcəyi uniforma geyimləri ictimaiyyətə açıqlanıb.
Fins.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin (ƏŞ) mətbuat ofisindən məlumat verilib.
Bildirilib ki, COP29 korporativ rəng və üslubuna uyğun hazırlanmış bu geyim formaları konfrans çərçivəsində müvafiq əməliyyatların təşkilində və icrasında iştirak edəcək heyət üzvləri arasında bərabərliyi, komanda ruhunu və ekoloji məsuliyyəti vurğulamaq məqsədilə vahid sitildə işlənib. İşçilərin rahatlığını və funksionallığını təmin etmək üçün xüsusi olaraq dizayn edilən uniforma dəstlərinə uzunqol və qısaqol polo köynəklər, şalvarlar, kepkalar, hudi jiletlər, bel və çiyin çantaları daxildir.
COP29 iqlim konfransının formatına uyğun olaraq, uniforma komplektlərinə daxil olan elementlərdə dayanıqlılıq prinsipi əsas götürülüb. Bu elementlər ekoloji cəhətdən təmiz və təkrar emal edilə bilən materiallardan hazırlanıb ki, bu da COP29-un iqlim dəyişmələri ilə mübarizə üzrə öhdəliyini əks etdirir. Bundan əlavə, COP29 tədbir əməliyyatlarının xalis sıfır emissiya prinsipinə müvafiq olaraq uniformalar yerli tərəfdaş tərəfindən təmin olunub.
* * *
Noyabrın 11-i COP29-un açılış günü, noyabrın 12-13-də isə İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti keçiriləcək.
Fins.az xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin koordinasiya Şurasının üzvü Ayan Nəcəf Heydər Əliyev Mərkəzində media nümayəndələri üçün "ESG Hesabatlarının Tərifi və Təhlili" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, noyabrın 14-də Maliyyə, İnvestisiya və Ticarət Günü, noyabrın 15-də Enerji/ Sülh, Yardım və Bərpa Günü, noyabrın 16-da Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü reallaşacaq. Noyabrın 17-də COP29-da heç bir tematik proqram nəzərdə tutulmayıb və istirahət günü olacaq.
Noyabrın 18-də İnsan kapitalı/Uşaqlar və Gənclər/ Sağlamlıq/Təhsil Günü, 19-da Qida, Kənd təsərrüfatı və Su Günü, 20-də Urbanizasiya/Nəqliyyat/Turizm günü, 21-də Təbiət və Biomüxtəliflik/Yerli xalqlar/Gender Bərabərliyi/Okeanlar və Sahil Zonaları Günü keçiriləcək. Noyabrın 22-də isə yekun müzakirələr aparılacaq.
* * *
Cari ilin 4 noyabr tarixindən etibarən Bakıda COP29 üzrə pre-sessionals (iclasöncəsi işçi qrupu) başlayacaq.
Fins.az xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Bakıda "ESG hesabatlarının anlaşılması və təhlili [ekoloji, sosial və korporativ idarəetmə]" mövzusunda keçirilən seminarda bildirib.
“Bu ilin 4 noyabr tarixindən etibarən Bakıda COP29 üzrə pre-sessionals başlayacaq və onlar Bakı Olimpiya Stadionunda keçiriləcək”, - o bildirib.
Qeyd edək ki, BMT-nin iqlim dəyişikliyi üzrə konfransları kimi böyük beynəlxalq görüşlər kontekstində pre-sessionals, əsas sessiya başlamazdan əvvəl nümayəndələrin və ekspertlərin vacib məsələləri müzakirə etdiyi, sənədləri hazırladığı və mövqelərini formalaşdırdığı ilkin müzakirələri, işçi qrup görüşlərini və ya texniki görüşləri əhatə edir.
* * *
COP29 çərçivəsində COP29 Miras parkı salınacaq.
Fins.az xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Heydər Əliyev Mərkəzində media nümayəndələri üçün "ESG Hesabatlarının Tərifi və Təhlili" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
A.Nəcəf bildirib ki, həmin məqsədlə 10 hektar ərazidə 10 min ədəd Pavloniya ağacı əkiləcək.